Bakı-Qazax yolunda qəza olub

Bakı-Qazax yolunda qəza olub

Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində Land cruiser markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb. Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Orxan Mirzəyev və 1990-cı il təvəllüdlü Elgün adlı şəxs aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Fakt bağlı araşdırma aparılır.