Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı oldu

Bakı-Naxçıvan təyyarəsi geri qayıtmalı oldu

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan AzerTimes-a verilən məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Teqlər: