Bakı-Naxçıvan-Bakı avtobus marşrutunun sərnişinlərindən PCR test tələb olunmayacaq

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək
tələbi ləğv olunub.

Bu barədə Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər
verir.

Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən
2022-ci il aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm
avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə
avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair
PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Teqlər: