Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür – Britaniyalı idmançılar

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür.

Bunu Trend-ə Akrobatika Gimnastikası üzrə Dünya Yaş
Qrupları Yarışlarının iştirakçıları, Böyük Britaniya gimnastları
Uilyam Klark və Harli Kertis-Lourens deyiblər.

“Biz təsnifat mərhələsində çıxışımızdan razı qaldıq. Burada xoş
mühit hökm sürür, yarışlar yüksək səviyyədə təşkil olunub.
İdmançılar üçün bütün şərait yaradılıb. Komandamıza gəldikdə isə
biz hamımız yaxşı nəticəyə köklənmişik, motivasiyamız yüksəkdir və
uğur qazanmaq niyyətindəyik”, – deyə idmançılar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.


Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: