Bakı Milli Gimnastika Arenası heyranlıq hisləri doğurur – Qazaxıstan gimnastları

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenası heyranlıq hisləri doğurur.

Bunu Trend
akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının
iştirakçıları, Qazaxıstan gimnastları Anjelika Boboşko və Valeriya
Muravkina deyib.

“Bakıya səfərdən və yarışlarda iştirak etməkdən müsbət
emosiyalar aldıq. Bakıdakı gimnastika arenası, onun gözəlliyi və
parlaq zalı heyranlıq doğurur. Etiraf edirik ki, biz bu cür böyük
zalda çıxış etməyə öyrəşməmişik, amma həyəcanın öhdəsindən gəlib
yaxşı çıxış edə bildik. Yarışların başlamasına qədər bizim beş məşq
prosesimiz oldu. Bu vaxt uyğunlaşmağa, zala öyrəşməyə kifayət
edir”, – deyə gimnastlar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: