Bakı Milli Gimnastika Arenası geniş və gözəldir – Rusiyalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenası geniş və gözəldir.

Bunu AzerTimes-a rusiyalı gimnast Kirill Klimov deyib.

Gimnast bildirib ki, yarış yüksək səviyyədə təşkil olunub, bütün xırdalıqlar nəzərə alınıb: “Bakıdakı zal böyükdür və bu mənə hərəkət azadlığı verir. Bundan başqa, Bakıda pandemiya ilə bağlı bütün zəruri tədbirlərə ciddi əməl olunur”.

O, bugünkü çıxışından tam razı qalmadığını, finalda səhvlərini düzəltməyə çalışacağını deyib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: