Bakı metrosunda nasazlıq: Ehtiyat qatar xəttə buraxıldı

Bakı metrosunda nasazlıq: Ehtiyat qatar xəttə buraxıldı

Bu gün “Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz “Nərimanov” elektrik deposuna yola salınıb.

AzerTimes xəbər verir ki, bu barədə QSC-nin məlumatında bildirilib.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.

Teqlər: