Bakı metrosunda elektrik kəsintisi baş verib

Xəbər - Çingiz Səfərli – Trend:

Bakı metrosunda elektrik kəsintisi olub.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib. Bildirib ki, qısa zamanda elektrik enerjisinin verilməsi bərpa olunacaq:


“”Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.

Teqlər: