Bakı metropoliteni daha 4 yeni qatar alıb

Xəbər - Samir Əli – Trend:

Bakı metropoliteni daha 4 qatar tərkibi alıb.

Bu barədə AzerTimes-a Bakı metropoliteninin mətbuat xidmətinin
rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq yeni qatarlar
Rusiyanın “Metrovaqonmaş” şirkətinə sifariş verilib.

“Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar
tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq.
Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə
çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün
ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay
aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında
hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq”, – deyə
qurum rəsmisi bildirib.

Teqlər: