Bakı məktəblərinə I sinfə qəbulla bağlı 41 247 elektron müraciət daxil olub

Mayın 19-na (saat 12:30) olan məlumata əsasən, paytaxt
məktəblərinin birinci sinfinə 41 247 uşaq üçün elektron sistem
vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a bildirilib ki,
2022-2023-cü tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və
gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə
ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə
uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə
həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət
Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna
olmaqla).

Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat
prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 207 elektron
müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan
müraciətlərdən 1019-u məktəblərdə fəaliyyət göstərən Alternativ
qeydiyyat mərkəzlərində, 545-i onlayn Alternativ qeydiyyat
mərkəzlərində (“WhatsApp”müraciətləri), 643-ü sistemin “Əlaqə”
bölməsində cavablandırılıb.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet
resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində
saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi
qrupları, həmçinin “WhatsApp” müraciətlərinin (051-543-15-77,
051-563-15-77, 051-546-15-77) cavablandırılması üçün təyin olunmuş
işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si
məktəblərdə, 3-ü onlayn olmaqla, ümumilikdə 30 Alternativ qeydiyyat
mərkəzi (https://baku.edu.gov.az/az/page/9/6271) müəyyən
olunub.

Teqlər: