Bakı məktəbləri arasında yeni layihəyə start verilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsinə start verilib.

AzerTimes-ın məlumatına görə, layihənin əsas məqsədi paytaxt məktəblərinin yığcam fəaliyyət hekayələri əsasında ayrı-ayrı təhsil müəssisələri barədə məlumatları daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

Qısa radioçarxda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.

Teqlər: