Bakı-London xüsusi reyslərinin başlanma tarixi dəyişib

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) London şəhərinə reysləri iyun ayından başlayaraq yerinə yetirəcək.

AZAL-ın mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, şirkətin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

AZAL aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etməyi xahiş edir.

Teqlər: