Bakı limanına 160-a yaxın konteyner daşıyan gəmi daxil olacaq

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına üzərində 159 ədəd konteyner daşıyan Qazaxıstan gəmisi yan alacaq.

AzerTimes bu barədə limana istinadən məlumat verir.

Qeyd olunub ki, Kurık limanından yola çıxan və Qazaxıstanın “Kazmortransflot” məxsus “Barıs” konteyner gəmisi avqustun 7-də Bakı limanına daxil olacaq:

“Uzunluğu 113 metr, eni isə 21 metr olan gəmi ilə bu səfər zamanı 314 TEU ekvivaletində konteyner daşınır. Bu gəmi vasitəsi ilə Bakı Limanına və əks istiqamətə mütəmadi olaraq konteyner daşınması həyata keçirilsə də, bu həcmdə olan yük ilk dəfə olaraq daşınır”.

Konteynerlərin əsas hissəsi Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə daşınacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: