Bakı ilə aramızda vasitəçi Türkiyə olacaq – Safrastyan

Bakı ilə aramızda vasitəçi Türkiyə olacaq – Safrastyan

Ötən gün Türkiyə XİN rəhbəri Çavuşoğlunun verdiyi açıqlamalardan görünür ki, Ankara İrəvanla Bakı arasında münasibətlərin həlli üçün yeni format formalaşdırmağa çalışır. Bu, Türkiyənin vasitəçi kimi çıxış edəcəyi format olacaq.

AzerTimes xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Türkiyə bu prosesdə hər iki tərəfin (Bakı və İrəvan – red.) yanaşmalarını nəzərə alan neytral mövqe tutmağa çalışacaq. Yəni Ankara Azərbaycanın müttəfiqi kimi yox, üçüncü tərəf, vasitəçi kimi çıxış edəcək. Ən azı məndə belə təəssürat yarandı. Çavuşoğlunun bu bəyanatı ilk addımdır və Türkiyə yaxın aylarda bu planlarını həyata keçirməyə çalışacaq. Düşünürəm ki, bu, Türkiyənin regional siyasətinin bir hissəsidir. Ankaranın məqsədi bölgəyə nəzarəti ələ keçirməkdir. Region uzun illər Rusiyanın təsiri altında olub, indi Türkiyə bunu dəyişməyə çalışır”, – o bildirib.

Teqlər: