Bakı-Həştərxan aviareysi gecikir

Bakı-Həştərxan aviareysi gecikir

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərində yerinə yetirməli olduğu reys gecikir.

Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır.

Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək.

Teqlər: