Bakı ev yiyəsinin kim olduğunu göstərir – İsgəndəryan

Bakı ev yiyəsinin kim olduğunu göstərir – İsgəndəryan

Yol açılacaqmı? Bu konkret problemin həlli üçün nəsə baş verəcəkmi? Məncə, bəli.

AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O bildirib ki, azərbaycanlıların Qarabağdakı erməni icmasını “acından öldürmək” niyyəti yoxdur:

“Azərbaycan sadəcə ev sahibinin kim olduğunu göstərmək istəyir və rus sülhməramlıların daha bir səlahiyyətini əlindən alır”.

İsgəndəryanın fikrincə, azərbaycanlıların aksiyası Qarabağ ermənilərinə deyil, sülhməramlılara qarşı yönəlib:

“Hesab etmirəm ki, bu, çox davam edəcək – danışıqlar gedir, həm də çox sıx gedir. Ancaq bu, heç də o demək deyil ki, belə bir hadisə sonuncudur”.

Ekspert bu addımı Azərbaycanın strategiyası adlandırıb və bildirib ki, Bakı Ermənistana, Rusiyaya və Qarabağdakı ermənilərə müxtəlif vasitələrlə təsir etməyə davam edəcək:

“Hələlik Ermənistanda, Rusiyada və “Qarabağ”da (separatçılar nəzərdə tutulur – red.) vəziyyət dəyişməyəcək, ancaq Bakı bu addımlara davam edəcək, diplomatik, ictimai, hərbi təzyiqi davamlı tətbiq edəcək”.

Teqlər: