– Xankəndinə qaz verilişi dayandırılıb;
– Bir neçə günə tibbi ləvazimatlar qurtaracaq;
– Uşaqlar küçədə qalıb, evlərinə qayıda bilmir;
– Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib;
– İrəvana aparılması planlaşdırılan ağır xəstələr var.
Və bu kimi iddialar Ermənistanın “Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir” kampaniyasına hesablanmış dezinformasiyalardır. Bu kampaniyanı daha da genişləndirəcəklər, erməni diasporu/lobbisi də bu istiqamətdə aktivləşəcək. Ötən ilin qışında qaz kəsiləndə də eyni taktikaya əl atmışdılar.
Artıq təcrübəsi olan rəsmi Bakı bu kampaniyaya qarşı iki gediş etdi:
Birincisi, ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri məlumatlandırdı;
İkincisi, erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etdi.
Bu işin daha geniş şəkildə davam etdirilməsi zərurəti var:
– ermənilərin dezinformasiyasına qarşı faktları xarici mediaya çıxarmaq olar;
– erməni əhalisinə yardımların edilməsi praktiki formada nümayiş etdirilə bilər: misal üçün, Xankəndiyə göndərilməsi üçün ərzaq və tibbi ləvazimatlardan ibarət yüklər hazırlamaq, bunu nümayiş etdirmək lazımdır; bununla həm dünya, həm də ermənilərə Bakının yardım bəyanatının reallığına dair müsbət siqnallar göndərmək olar.