Bakı enerji forumunun bağlanış mərasimi Şuşada keçiriləcək.
Trend-in məlumatına görə, bunu “Iteca Caspian”
şirkətinin icraçı direktoru Fərid Məmmədov 27-ci “Xəzər Neft-Qaz”
beynəlxalq sərgisi, 10-cu “Energetika və Xəzərin bərpa olunan
enerji mənbələri” beynəlxalq sərgisi, eləcə də “Xəzər Neft-Qaz”
konfransının təşkili ilə bağlı keçiriləmn tədbir zamanı deyib.
Onun sözlərinə görə, iyunun 4-də Şuşa şəhərində forum
iştirakçılarının sessiya konfransı keçiriləcək.
“Orada tədbir iştirakçıları arasında bir sıra saziş və
sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində enerji
sərgiləri, iyunun 2-3-də isə Bakı Konqres Mərkəzində Bakı enerji
forumu keçiriləcək. Tədbirlərdə 30-dan çox ölkədən 300-dən artıq
şirkət iştirak edəcək.
(Tərcümə: Orxan Nəbiyev)