Bakı Brüsseldə bunlara nail oldu – Aşotyan

Bakı Brüsseldə bunlara nail oldu – Aşotyan

Proqnozlaşdırdığım kimi, Brüssel görüşü Nikolun Qarabağdan imtinası üçün əsas oldu.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk səhifəsində yazıb.

“Şarl Mişel görüş barədə xülasə yayımlayıb. Mən isə sizə aşağıdakı fikirləri təqdim edirəm:

1. Əslində Azərbaycanın tələbi yerinə yetirilir: Tərəflər sülh sazişi hazırlamağa başlayır. Bir ay ərzində xarici işlər nazirləri mətn layihələri üzərində işləmək üçün bir araya gələcəklər.

2. Yuxarıdakı bənddən aydın olur ki, bu müqavilənin Qarabağ məsələsinə aidiyyəti olmayacaq. Yəni rəsmi İrəvan Qarabağdan imtina edərək onu Rusiyaya, taleyin hökmünə və ya Azərbaycanın ixtiyarına buraxır.

3. Yeri gəlmişkən, əgər əvvəlki görüşün yekunlarına dair bəyanatda “Dağlıq Qarabağ” “Qarabağ” olubsa, indi bu barədə ümumiyyətlə heç bir söz yoxdur. Bu da Bakının mövqeyini bir daha tam ifadə edir. Qısası, bu, növbəti xəyanətdir”, – o bildirib.

Teqlər: