Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması təklif olunur

Azərbaycanda vahid bələdiyyə sistemi yaradılmalıdır. AzerTimes-ın
məlumatına görə, bu təkliflə Milli Məclisin Regional siyasət
komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən
iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında”
sənədin müzakirəsi zaman deyib.

O bildirib ki, ilkin olaraq, Gəncə, Sumqayıtda şəhər
bələdiyyələrinin vahid bələdiyyə sistemi yaradılmalıdır. “Əgər bu
effektli olarsa Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması
məsələsinə baxıla bilər. “Böyük şəhərlərdə vahid bələdiyyə sistemi
qurulsa, yaxşı olar. İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr
formalaşsa, yeni 500-ə yaxın bələdiyyə olacaq. Ona görə də təklif
edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının
azaldılmasını da təklif edirik”, – deyə o bildirib.

Teqlər: