Bakı birinciliyindəki qələbəmizdə məşqçilərimizin böyük xidməti var – Gənc gimnastlar

Bədii gimnastika üzrə Bakı birinciliyindəki qələbəmizdə
məşqçilərimizin böyük xidməti var.

Bunu Trend
yeniyetmələr yaş qrupunda qrup hərəkətlərdə Bakı birinciliyinin
qalibi olmuş komandanın üzvləri deyib.

“Ocaq Sport”u təmsil edən komandanın tərkibinə Lalə Əzizzadə,
Alina Kolesnikova, Azadə Atakişiyeva, Gülnar Rəsulzadə və Nihal
Əhmədsoy daxildir.

“Biz xoşbəxtik ki, komandamız qızıl medal qazanıb. Bu, bizim
gələcəkdə daha çox məşq etməyimiz üçün stimuldur. Bu qələbədə
bizimlə işləyən məşqçilərin xidməti böyükdür. İndi biz qarşımıza
yeni hədəflər qoyub reallaşdırmağa çalışacağıq”, – gimnastlar
deyib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: