Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq elmi konfransda yüksək yer tutublar (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Cavid İsayev və Fərid Qəhrəmanov virtual formatda keçirilən “Yer, Enerji və Ətraf Mühit (E3)” tələbə konfransı və “Texniki təqdimatlar” müsabiqəsində II yerə layiq görülüblər.

77 ölkədən 400-ə yaxın universitetdə təhsil alan 2700-dən çox bakalavr və magistr tələbəsinin iştirak etdiyi konfrans Hyuston Universiteti (ABŞ, Texas) və Marietta Kollecinin (Ohayo) təşkilatçılığı ilə keçirilib. Bu yeni təşəbbüs yer elmləri, enerji və ətraf mühit sahəsində təhsil alan tələbələri bir araya gətirir.

Cavid İsayev və Fərid Qəhrəmanovun elmi rəhbərləri Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının müəllimi Həcər Nəbiyeva və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Səthi aktiv reagentlər və preparatlar” laboratoriyasının kimya üzrə elmlər doktoru İlhamə Zərbəliyevadır.

Teqlər: