Ukrayna loukosteri Gəncəyə uçuşlara başlayır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Ukraynanın “Bees Airline” loukoster aviaşirkəti dekabrın 6-dan etibarən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə başlayacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə bildiriblər ki, “Bees Airline” Odessa-Gəncə-Odessa marşrutu ilə həftədə bir dəfə uçuşlar keçirəcək.

Məlumata əsasən, reys bazar ertəsi Odessadan yerli vaxtla saat 09:00-da yola düşəcək və Gəncəyə yerli vaxtla 13:20-də çatacaq. Əks istiqamətdə uçuş həmin gün Gəncədən yerli vaxtla 14:50-də yol düşəcək və Odessaya yerli vaxtla saat 15:00-da çatacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: