Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni sədr təyin edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Eyni zamanda, Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev olub. O, dekabrın 7-də vəfat edib.

İsmayıl Xəlililov 1967-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Prokurorluq orqanlarında çalışıb. 2007-2012-vi illərdə Qaradağ Rayon Məhkəməsinin hakimi, 2012-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi çalışıb. 2020-ci ildən indiyədək Ali Məhkəmənin hakimi idi.

Teqlər: