“Baker Hughes” Rusiya ərazisində investisiyalarını dayandırır

Beynəlxalq neft xidmətləri şirkəti “Baker Hughes” Ukraynadakı
hadisələr ilə əlaqədar Rusiya Federasiyasındakı fəaliyyətinə yeni
investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin sədri və baş icraçı
direktoru Lorenso Simonellinin bəyanatında deyilir.

“Biz vəziyyəti izləməyə davam edirik. Şirkət qüvvədə olan
beynəlxalq qanunlara və sanksiyalara, habelə cari müqavilə
öhdəliklərinə əməl etməyə davam edəcək”, – deyə bəyanatda
bildirilir.