“Bakcell” Qurban bayramı ilə bağlı şəhid ailələrinə dəstək göstərdi

“Bakcell” Qurban bayramı ilə bağlı şəhid ailələrinə dəstək göstərdi

“Bakcell” şirkəti Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib.

AzerTimes xəbər verir ki, Xəzər rayonu İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində, “Bakcell” şirkəti şəhid və qazi ailələrinə baş çəkib, onlara şirkət adından bayram sovqatları verilib.

Beləliklə, “Bakcell” tərəfindən 170-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

“Bakcell” sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

Qeyd edək ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

Teqlər: