Bahalı telefonların ölkəyə keçirilməsinin qarşısı alındı

Bahalı telefonların ölkəyə keçirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

AzerTimes xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, Komitənin Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Onlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib.

Yoxlama zamanı çamadanlardakı sellofan paketlərin içərisindən müxtəlif yaddaşlarda 40 ədəd (7 ədəd “iPhone 14 Pro Max” 256 gb, 3 ədəd “iPhone 14 Pro Max” 128 gb, 17 ədəd “iPhone 14 Pro” 128 gb, 13 ədəd “iPhone 14 Pro” 256 gb) mobil telefonlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər: