İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona” adlanan ərazisi yaxınlığında partlayış baş verib.
AzerTimes-ın “Alsumatri” telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın Əl-Karrada rayonunda elektrik generatoru partlayıb. Lakin partlayış səbəbi məlum deyil.
Telekanalın mənbəsi bildirib ki, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, “yaşıl zona” Bağdadda dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə deyilir.