Bağdadın qərbinə 3 raket düşüb

İraqın paytaxtı Bağdad şəhəri raket hücumuna məruz qalıb.

AzerTimes-ın “Shafaq News” portalına istinadən verdiyi məlumata görə, üç raket şəhərin qərbində yerləşən Əl-Mənsur rayonunun ərazisinə düşüb.

Məlumata əsasən, hadisə nəticəsində bir neçə avtomobilə, qeyri-yaşayış obyektinə ziyan dəyib, xəsarət alan olmayıb.


Bildirilir ki, raket hücumunun hədəfi dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl zona” olub.