Bağdadda onlarla dinc sakinin həyatına son qoyan partlayışın təşkilatçıları saxlanılıb

İraqın paytaxtı Bağdadda nəticəsində 30 dinc sakinin həlak olduğu 19 iyul terror hücumunun hazırlanmasında şübhəli bilinən şəxslər ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İraqın Baş naziri Mustafa əl-Kazimi bildirib.

“Hazırda saxlanılanlar araşdırmalar üçün istintaq orqanlarına gətirilib. Yaxın gələcəkdə onlara qarşı həbs qətimkan tədbiri elan ediləcək”, – məlumatda deyilir.

Xatırladaq ki, 19 iyulda İraqın paytaxtında əhalinin sıx olduğu bazarda partlayış törədilib. Terror hücumu 30 vətəndaşın ölümünə, 50-dən çox sakinin yaralanması isəbəb olub.

Teqlər: