ABŞ-da konsert zamanı atışma olub, ölənlər var

ABŞ-ın Kaliforniya ştatında yerləşən San Rafel şəhərində konsert zamanı atışma baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat verib.

Atışma nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.


Atışmada yaralanan bəzi iştirakçılar avtomobillərlə hadisə yerindən qaçmağa çalışarkən saxlanılıblar.