Bağdadda dörd güclü partlayış baş verdi

Bağdadda dörd güclü partlayış baş verdi

İraqın paytaxtı Bağdadda azı dörd güclü partlayış səsi eşidilib.

AzerTimes xəbər verir ki, bu barədə “Nəşnl” (The National) nəşri məlumat yayıb.

Yerli sakinlər Bağdadın şərq hissəsinə sürətlə təcili yardım maşınlarının hərəkət etdiyini bildiriblər.

“Bağdadın Əl-Maştale rayonunda avtomobil yanıb. Ehtimal edilir ki, nəqliyyat vasitəsi drondan buraxılmış raketlə vurulub. Biz insidenti araşdırırıq”, – deyə polis zabiti bildirib.

Hadisənin təfərrüatları araşdırılır.

Teqlər: