BAEA Zaporojye AES-dəki yanğından xəbərdardır

Ukrayna tənzimləyicisi Beynəlxalq Atom Enerjisi Agentliyinə
(BAEA) Zaporojye AES-də radiasiya səviyyəsinin dəyişmədiyini,
yanğının əsas avadanlıqlara təsir etmədiyini bildirib.

AzerTimes-ın məlumatına görə, bu barədə BAEA-nın “Twitter”
səhifəsində deyilir.


“Ukraynanın tənzimləyicisi BAEA-ya Zaporojye AES-in ərazisində
radiasiya səviyyəsində heç bir dəyişiklik qeydə alınmadığı barədə
məlumat verib. Ukrayna BAEA-ya məlumat verib ki, Zaporojye AES-in
ərazisində baş verən yanğın “əsas” avadanlıqlara təsir etməyib,
zavodun əməkdaşları nəticələrin aradan qaldırılması üçün tədbirlər
görür”, – deyə məlumatda qeyd edilir.