Badamdarda ağaclıq yanır

Badamdarda ağaclıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru otun yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Əlavə məlumat veriləcək.

Teqlər: