AzTV-nin aparıcısı Leyla Ağayeva ölkəni tərk edib.
AzerTimes xəbər verir ki, qızı ilə hava limanından görüntülərini paylaşan Leyla bunları yazıb:
“Heç kim bilmir sonuncu xudahafiz nə vaxtdır. Allah heç kimə sonuncu sağollaşmanı yaşatmasın. Nəhayət “One way ticket, baby” (Birtərəfli bilet)… ABŞ, Vaşinqton”.
Qeyd edək ki, Leyla AzTV-də xəbərlər və “Gəncsən” proqramlarının aparıcısı olub.