AzTV-dən Respublika Günü ilə bağlı təsirli film (VİDEO)

AzTV Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü ilə bağlı qısametrajlı film istehsal edib.

AzerTimes xəbər verir ki, “28 May” adlı film Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda başlanan mübarizədən və üçrəngli bayrağımızın tarixində ən şərəfli, yaddaqalan günlərdən biri – Şərqdə və Türk-islam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edir.

Filmin bədii rəhbəri Ranar Musayev, rejissoru və quruluşçu operatoru Elvin Əhmədoğlu, ikinci rejissoru Asif Adildir. Baş rolları Qurban Əhmədov və Qurban İsmayılov ifa ediblər.


Həmin filmi təqdim edirik:

Teqlər: