AzTV Bala Göyçədə: teleməkanda ilk – Video

AzTV Bala Göyçədə: teleməkanda ilk – Video

“AzTV Xəbər” ilk dəfə düşmən tapdağından azad etdiyimiz Bala Göyçə gölündən geniş reportaj hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Çəkiliş qrupunun hazırladığı reportajda əsgərlərimizin işğaldan azad etdiyi postlarda necə qürurla xidmət etdiyini onların dilindən eşidəcəksiniz.

Bala Göyçədən ilk dəfə hazırlanan geniş reportajı “AzTV xəbər”in saat 20:00 buraxılışında izləyə bilərsiniz.

Teqlər: