Şamaxı rayonunda “Aztelekom”MMC-nin əməkdaşı ölüb.
Şamaxı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi
ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Aztelekom”
MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı
şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində
işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin
çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək
gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması
nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma
aparılır.