AzQAC seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

AzQAC seçkilərdə İlham Əliyevi dəstəkləyəcək

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.

AzerTimes xəbər verir ki, bu barədə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib.

O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu dəfə də Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bəyan edir.

Teqlər: