“Azneft”ə yeni baş direktor təyin edildi

“Azneft”ə yeni baş direktor təyin edildi

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə SOCAR-dan məlumat yayıb.

Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

Teqlər: