AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
“Qeyd edilən fakt təsdiq olunmayıb”, – Qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, sosila şəbəkədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılmışdı.