Saakaşvili zəhərlənməsi ilə bağlı açıqlama verdi

Saakaşvili zəhərlənməsi ilə bağlı açıqlama verdi

Mənim səhhətim həqiqətən pisləşir, xüsusən də son iki ayda. Lakin mən heç vaxt vəkillərimə guya zəhərləndiyimə dair şübhələr barədə nəsə deməmişəm. “Vivamed” klinikasının həkimləri mümkün olan hər şeyi edirlər.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Biz həkimlərə etibar etməliyik və bu məsələni həddindən artıq siyasiləşdirməməliyik”, – Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvilinin vəkili və anası onun zəhərləndiyi haqda məlumat yayıb. Onun zəhərlənməsinin qəsd olduğu istisna edilmir.

Teqlər: