Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Novruz bayramı ərəfəsində silsilə sosial layihələr həyata keçirib.
“Azərsun Holdinq”-dən AzerTimes-a verilən məlumata görə, Şirkətlər qrupu bu dəfə Suraxanı Rayon İcra hakimiyyəti ilə birgə sözügedən rayonda və Masazır qəsəbəsində qeydiyyatda olan şəhid ailələrini, qaziləri və yüzlərlə aztəminatlı ailəni ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.
Digər sosial aksiya isə Masazır qəsəbəsində təşkil olunub. Qəsəbədə yaşayan yüzlərlə aztəminatlı ailəyə bayram sovqatları paylanılıb.
Hər bir ailədə bayram ab-havasının olması üçün çalışan və bu məqsədlə müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bütün Azərbaycan xalqını Novruz Bayramı münasibət ilə təbrik edir!