“Azernews” qəzeti yeni, unikal tərzdə!

Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” daha bir yeni, unikal tərzdə çap olunmağa başlayıb

AzerTimes-ın məlumatına görə, “Azernews” qəzetinin çap versiyası üç fərqli müasir dizaynda nəşr olunurdu, artıq bir yeni, Türkiyədə trendə çevrilmiş dizayn tərzi də əlavə olunub. Bunula da Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews” dörd fərqli dizaynda nəşr olunur.

Yeni dizaynda çap olunan aktual siyasi, iqtisadi, sosial mövzular qəzetin Türkiyə, ABŞ, Böyük Britaniya, Çin kimi dünyanın müxtəlif ölkələrində oxucu sayını artıracaq.

Fərqli zövqləri nəzərə almaqla yeni dizaynda daha əlvan rəng çalarlarından istifadə olunub. Bu da qəzetdəki xəbər başlıqlarının daha cəlb edici və dinamik görümnəsini təmin edir. Hazırlanan yeni çap versiyası oxucu məmnuniyyətini əsas hədəf kimi görür.

Qeyd edək ki, bir müddət öncə qəzetin http://www.azernews.az veb səhifəsi dünyanın aparıcı qəzetlərinin təcrübəsinə uyğun olaraq, ən müasir informasiya texnologiyalarına əsaslanan yeni rəqəmsal platformaya keçib.

Bu yaxınlarda “Azernews” qəzeti həmçinin iPad tablet kompüterləri üçün nəzərdə tutulmuş yeni bir tətbiqə başlayıb. Proqramın pulsuz versiyasını “App Store”dan yükləməklə ən son xəbərlərə, məqalələrə, müsahibələrə və ən keyfiyyətli şəkillərə giriş əldə etmək olar.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. “Azernews” Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür.

“Azernews” qəzeti həmçinin “Sparknews”un yaratdığı “Impact Journalizm Day” beynəlxalq hərəkatına dəvət olunub və hərəkata daxil edilib. 60 beynəlxalq media nümayəndəsini özündə birləşdirən hərəkatda “USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.

Teqlər: