“Azərlotereya” ASC lotereya həvəskarları üçün bilet satışını
daha rahat və əlçatan etmək məqsədi ilə satış şəbəkəsini
genişləndirməyə davam edir.
Bu istiqamətdə şirkət “İntegral Ekspress” QSC ilə əməkdaşlığı
genişləndirir. Əməkdaşlıq çərçivəsində “Azərlotereya” ASC-nin ani
lotereyaları yeni satış nöqtələrində satışa çıxarılacaqdır.
Yeni satış nöqtələri paytaxtın “Araz” marketlər şəbəkəsinin
Tbilisi prospekti-20 Yanvar, Abşeron, Bakıxanov, Hövsan, Qaraçuxur,
Masazır, Sabunçu, Xırdalan, Binə, 8-ci mikrorayon, Savalan,
Məhəmmədi kimi 12 superstorunda fəaliyyət göstərir.
Eləcə də paytaxt metropoliteninin “Elmlər Akademiyası”, “Xalqlar
Dostluğu”, “Neftçilər” və “Xətai” metro stansiyalarının
girişlərində lotereya satış nöqtələri açılmışdır. Tezliklə daha bir
satış nöqtəsinin “İnşaatçılar” metro stansiyasının girişində
faəliyyətə başlayacağı planlaşdırılır.
Bu yaxınlarda 6/40” tirajlı lotereyasında 101.119 manat
məbləğində qazanılan “Cekpot” bileti məhz “Elmlər Akademiyası”
metro stansiyasındakı satış nöqtəsində əldə edilmişdi.
Qeyd edək ki, Azərlotereya” ASC-nin “40.000.000 Pul Yağışı”,
“Brilliant”, “5X”, “Şans ulduzu”, “Uğurlu 7” və “Qızıl” ani
lotereyalarını bütün satış mərkəzlərindən əldə etmək mümkün olsa
da, şirkətin “Meqa 5/36”, “6/40”, “4+4” və “Super Keno” tirajlı
lotereyalarının satışı yalnız metro stansiyalarında yerləşən
məntəqələrində mümkündür.
Yaxın zamanlarda tirajlı lotereyaları da bütün satış
nöqtələrindən əldə etmək mümkün olacaq. Yeni mərkəzlərlə yanaşı
biletlərin satışı lotereya satış nöqtələrində davam edəcək