“Azərlotereya” ASC-nin yeni oyunları artıq “Misli” məntəqələrində

“Azərlotereya” ASC yeniliklərlə sevindirməyə davam edir.

“Azərlotereya” ASC-nin yeni oyunları paytaxt və regionlarda fəaliyyətə başlayan “Misli” məntəqələrində start götürüb.

“Poz Qazan” ani lotereyaları – “Brilliant”, “Şans ulduzu” və “Qızıl” biletlərinin satışı artıq “Misli” məntəqələrində təşkil olunub. 1 fevral tarixindən etibarən isə tirajlı lotereyalar – “Mega 5/36”, “6/40”, “4+4” və bir milyon manat uduş şansı olan “Super Keno” biletlərini də “Misli” məntəqələrində əldə etmək mümkün olacaqdır.

Yeniliklər bununla da bitmir. “Misli” məntəqələrində “Ekpres Keno” virtual lotereyasının start götürməsi ardından “Virtual İdman” oyunlarına da mərclərin qəbulu başlayıb.

Qeyd edək ki, virtual lotereya və virtual idman oyunları yalnız və yalnız “Misli” məntəqələrində təşkil olunur.

Lotereya və mərc oyunları ilə əlaqədar daha ətraflı məlumat əldə etmək, oyunlarda iştirak edərək şansınızı sınamaq üçün “Azərlotereya” ASC-nin https://azerlotereya.com/azhttps://www.misli.az/ rəsmi internet səhifələrini ziyarət edə bilərsiniz.

Teqlər: