“Azəriqaz” İB-nin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı cinayət işi başlanıb

Mayın 6-sı saat 17 radələrində Ağcabədi rayonunun Rəncbərlər
kəndində “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşına qarşı zor
tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Ağcabədi Rayon Prokurorluğunun AzerTimes-a daxil olan məlumatında
bildirilib ki, araşdırmalarla kənd sakini Kamil Usubovun istehlak
edilmiş təbii qaza görə yaranmış 504 manat məbləğində abonent
borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin
nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət
işçi qrupu xidməti vəzifələrini yerinə yetirərək təbii qaz
borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubovun onlara hücum
edərək təhqir etdiyi, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol
yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirdiyi
müəyyən olunub.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor
tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Teqlər: