“Azəri-Çıraq-Günəşli” yatağının yeni platformasının tikintisi yekunlaşır

“Azəri-Çıraq-Günəşli” yatağının yeni “Azəri-Mərkəzi-Şərqi” (ACE)
platformasının tikintisi sona yaxınlaşır.

AzerTimes xəbər verir
ki, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları
üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim
Əhmədov feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, SOCAR-ın AZFEN və “BOS Şelf” şirkətləri
nəhəng platformanın üst hissəsini və dayaq blokunu inşa
etməkdədir.


Qeyd edib ki, bu platforma ölkəmizin neft hasilatının
sabitləşməsinə mühüm töhfə verəcək.

Teqlər: