“AzerGold” qızıl və gümüş hasilatı üzrə planı yerinə yetirib

Xəbər - Nəzrin İsrafilova – Trend:

2021-ci ildə “AzerGold” QSC-nin qızıl hasilatı 61,5 min unsiya, gümüş hasilatı 134,4 min unsiyaya çatıb.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə qızıl hasilatı 2020-ci illə müqayisədə 2,5 faiz, gümüş hasilatı isə 10,9 faiz artıb.

“Ötən il “AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb”, – deyə o bildirib.


Z.İbrahimov qeyd edib ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi 5 il ərzində 255,6 min unsiya qızıl, 484,5 min unsiya gümüş hasil edib.

(Tərcümə: Orxan Nəbiyev)