Xəbər - Nəzrin İsrafilova – Trend:
2021-ci ildə “AzerGold” QSC Azərbaycan dövlət büdcəsinə 33 milyon manat vəsait köçürüb.
Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu göstərici 2020-ci illə müqayisədə 158 faiz (2,6 dəfə) artıb.
“Ümumilikdə fəaliyyətinin beş ili ərzində şirkət dövlət büdcəsinə 73,8 milyon manat vəsait köçürüb”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)